Tacikistanda
Burslu
TƏhsil
Bursun Adı: HTP Bursu
Burs haqqında qısa məlumat:
HTP hökumətlərarası təhsil proqramıdır. Bu burs proqramlarında Azərbaycan Dövləti tələbələrin qəbulu və qiymətləndirmə prosesində iştirak edir. Təhsil Nazirliyi bu təqaüdlərdə nəzarət orqanı rolunu oynayır. Çünki HTP-nin fəaliyyəti dövlətlərarası ikitərəfli sazişlər çərçivəsindədir.
Bursun əhatəsi:
• Universitetdə qeydiyyat haqqı
• Təhsil haqqı
• Laboratoriya xərcləri
• Təcrübə dəyəri
• Tədris materialları
• Yataqxana xərcləri
• Aylıq yaşayış xərcləri
Azərbaycan tərəfindən maliyyələşdirilir:
• Beynəlxalq nəqliyyat xərcləri (geri dönüş bileti hər tədris ilində bir dəfə)
Burs proqramı haqqında daha çox məlumat, hər il yenilənən və ana səhifədə dərc olunan müvafiq elan vasitəsilə əldə edilə bilər ..
* Qeyd: Səyahət və sığorta xərcləri, təhsil haqları namizədlərin özləri tərəfindən ödənilir. Təqaüd proqramı haqqında daha çox məlumat hər il yenilənən və əsas səhifədə dərc olunan müvafiq elan vasitəsilə əldə edilə bilər.
Bursa müraciət üçün lazım olan sənədlər:
2 ərizə tamamlanmalıdı
• CV (İngilis dili, ən çox 2-3 səhifə)
Pasportun ilk 3 səhifəsinin surəti;
• sağlamlıq haqqında arayış (tərcümə ilə təsdiqlənmiş);
• sertifikatın və ya orta diplomun surətinin tərcüməsi və təsdiqlənməsi (bakalavr pilləsinə müraciət edənlər üçün);
• bakalavr təhsili üçün diplom və diplom əlavəsinin surətinin tərcüməsi və təsdiqlənməsi (magistr dərəcəsinə müraciət edənlər üçün);
• bakalavr və magistr dərəcələri üçün diplomların və diplom əlavələrinin surətlərinin tərcüməsi və təsdiqlənməsi (doktorluq dərəcəsinə müraciət edənlər üçün);
• Cari təhsil müəssisəniz tərəfindən verilmiş təhsil haqqında arayış (qəbul və buraxılış tarixi göstərilməklə) və ən yeni sənəd / akademik yazıların surəti);
• 2 rəngli foto.
Bursa müraciət periodu:
Mart
Tacikistan haqqında oxumaq istərdiniz mi?
Tacikistana getmədən əvvəl bütün lazımi məlumatları əldə etmən üçün səni link ilə təmin edirik !
Burslu təhsil haqqında əlavə məlumat almaq istərdiniz mi?
Burs.az abunələri mütəmadi olaraq yeni məlumatlardan xəbərdar olurlar. Çünki, həyat paylaşanda gözəldir.