Luksemburqda
Burslu
TƏhsil

Bursun Adı: Erasmus Mundus Birləşmiş Master Bursları

Burs haqqında qısa məlumat:

Hər cür ixtisası əhatə edən ixtisas kataloquna sahibdir və Avropa birliyinə üzv olan hər bir ölkə müəyyən səviyədə bu burs proqramında hansısa bir layihəyə ev sahibliyi edir. Adından da görüldüyü kimi bir neçə əsasən AB-ə üzv olan ölkədə və bir neçə universitetdə təhsil almaqla davam edən bu burs üçün hər ölkənin dövlət dilini bilməyə ehtiyac yoxdur. Bu səbəblə, rəsmi linkə daxil olduqdan sonra kataloqa daxil olursunuz. Şəxsi seçimlərinizə əsasən yönləndirilirsiniz. Müraciət dərin araşdırma tələb edir. EMJMD burs proqramı külli miqdarda Avropa birliyinə üzv olan və üzv olmayan ölkələri əhatə edir. Vahid müraciət sistemi yoxdur. İstənilən universitetə istənilən anda müraciət etmək mümkün deyil. Müraciət etmədən əvvəl kataloqu yoxlamanız tövsiyə olunur.

Bursun əhatəsi:

Erasmus + maliyyə dəstəyi almaq üçün əvvəlcə təşkilat konsorsiumu tərəfindən kursa qəbul olunmalı və sonra EMJMD bursuna seçilməlisiniz. EMJMD bursu sizin iştirak xərclərinizi (təhsil haqqı, kitabxana və laboratoriya xərcləri, tam sığorta təminatı və Master-da iştirakınızla əlaqədar hər hansı digər məcburi xərcləri də əhatə edir); səyahət və quraşdırma xərclərinizə bir töhfədir və təhsil proqramının bütün müddəti üçün aylıq yaşayış müavinətini əhatə edir. Bursun ümumi miqdarı kursunuzun müddətinə və milliyyətə görə dəyişir (AB üzvü olmayan tələbələr daha böyük burs alır). Bursların ən az 75% -i Tərəfdaş ölkələrin namizədlərinə verilir.

Bursa müraciət üçün lazım olan sənədlər:

Şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd

CV

Motivasiya məktubu

Dil biliyini təsdiq edən sənəd

Referans Məktubları

Diplom və Transkript

 

Bursa müraciət periodu:

Son müraciə tarixləri 30 dekabr, 15 yanvar, 30 yanvar olaraq dəyişkəndir

Luksemburq haqqında oxumaq istərdiniz mi?

Luksemburqa getmədən əvvəl bütün lazımi məlumatları əldə etmən üçün səni link ilə təmin edirik !

Bu hissəni ingilis dilində oxumaq istərdiniz mi ?

Burslu təhsil haqqında əlavə məlumat almaq istərdiniz mi?

Burs.az abunələri mütəmadi olaraq yeni məlumatlardan xəbərdar olurlar. Çünki, həyat paylaşanda gözəldir.

Sual ?

Vasitələrdən daha yaxın

Sosial Medya

You cannot copy content of this page