İsraildə
Burslu
TƏhsil
Bursun Adı: İsrail Texnologiyalar İnstitutu Bursu
Burs haqqında qısa məlumat:
İsrail Texnologiya İnstitutu beynəlxalq tələbələr üçün bir sıra təqaüdlər təqdim edir. Lisansüstü məktəb təqaüdləri yalnız akademik meyarlara əsasən verilir. Burs almaq üçün minimum qiymət hər bir akademik bölmə tərəfindən təyin ediləcək və semestrdən semestrə dəyişdirilə bilər, lakin heç vaxt 80-dən aşağı ola bilməz. Burs alanlar üçün minimum orta qiymət şərtləri hər an saxlanılmalıdır. Burs aldıqdan sonra bütün işlərdən yayınmaq qadağandır. Əlavə məlumat üçün Burs mükafatı qaydalarına baxın.
Bursun əhatəsi:
Tam və hissəli olaraq ayrılır.
Bursa müraciət periodu:
Aprel ayları
İsrail haqqında oxumaq istərdiniz mi?
İsrailə getmədən əvvəl bütün lazımi məlumatları əldə etmən üçün səni link ilə təmin edirik !
Bursun Adı: 2019 – 2023 Azərbaycan Dövlət Proqramı Doktorantura Bursu
Burs haqqında qısa məlumat:
Azərbaycan ali təhsil müəssisələrinin akademik imkanlarının gücləndirilməsi məqsədilə dünyanın ən reytinqli universitetlərində doktorantların hazırlığını təmin etmək DP Bursunun Prioritetidir. Bursa müraciət üçün universitetdən qəbul əldə edilməli və həmin universitet “Times Higher Education”- a əsasən ilk 500 lükdə olmalıdır.
Bursun əhatəsi:
-təhsil xərcləri;
– viza və təhsil aldığı ölkədə qeydiyyatxərcləri;
– aylıq yaşayış xərcləri;
– tibbi sığorta xərcləri;
– beynəlxalq nəqliyyat xərcləri.
Bursa müraciət üçün lazım olan sənədlər:
CV ( ingilis, maksimum 2-3 səhifə)
ümumvətəndaş pasportunun ilk 3 səhifəsinin surəti;
sağlamlıq haqqında arayış (tərcümə-təsdiqli);
bakalavriat və magistratura təhsili üzrə diplom və diploma əlavənin (doktorantura dərəcəsinə müraciət edənlər üçün) surətinin tərcümə-təsdiqi;
Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil aldığınıza dair arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son tarixli transkript/fənlər üzrə akademik göstəricilər surətinin tərcümə-təsdiqi);
Referans
2 ədəd rəngli fotoşəkil.
Motivasiya məktubu (inşa)
Xarici universitetdən qəbulunuzu təsdiq edən sənəd.
Bursa müraciət periodu:
İyul – Avqust
Burslu təhsil haqqında əlavə məlumat almaq istərdiniz mi?
Burs.az abunələri mütəmadi olaraq yeni məlumatlardan xəbərdar olurlar. Çünki, həyat paylaşanda gözəldir.