Qazaxıstanda
Burslu
TƏhsil
Bursun Adı: HTP Bursu
Burs haqqında qısa məlumat:
HTP, Hökumətlərarsı Təhsil Programıdır. Bu burs proqramlarında Azərbaycan Dövləti, tələbələrin qəbul və dəyərləndirmə prosesində iştirak edir. Təhsil Nazirliyi bu burslarda nəzarətçi qürum olaraq fəaliyyət göstərir. Çünki, HTP nin fəaliyyəti, dövlətlərarası ikili müqavilələr çərçivəsindədir.
Bursun əhatəsi:
· Təhsil haqqı;
· Tədris vəsaitləri;
· Yataqxana xərci;
· Tibbi xidmət;
· Aylıq təqaüd; Qeyd: Qəbul edən Tərəf milli qanunvericiliyinə uyğun olaraq mübadilə iştirakçılarına təqaüd verir. Qazaxıstanın milli qanunvericiliyinə uyğun olaraq, yerli tələbələrə verilən təqaüd məbləği ilə keçiddən tanış ola bilərsiniz.
· Nəqliyyat xərci. Qeyd: Azərbaycan vətəndaşlarının ildə bir dəfə gediş-gəliş xərcləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qarşılanır
Bursa müraciət üçün lazım olan sənədlər:
Ərizə forması Qeyd: Rus dilində doldurulmuş Qazaxıstan tərəfinin ərizə forması HTP elektron ərizə sistemi üzrə “qəbul sənədi” hissəsinə yüklənməlidir. · CV (rus və ya ingilis dillərində, maksimum 2-3 səhifə)
· şəxsiyyət vəsiqəsinin rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
· ümumvətəndaş pasportunun ilk 3 səhifəsinin surəti;
· sağlamlıq haqqında arayış N86 və QİÇS, Hepatit A, B, C və ya başqa yoluxucu xəstəliklərin olmamasına dair tibbi arayışın rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
· attestat və ya orta ixtisas diplomunun (bakalavr dərəcəsinə müraciət edənlər üçün) rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
· bakalavr təhsili üzrə diplom və diploma əlavənin (magistratura dərəcəsinə müraciət edənlər üçün) rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
· bakalavr və magistratura təhsili üzrə diplom və diploma əlavənin (doktorantura dərəcəsinə müraciət edənlər üçün) rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
· Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil aldığınıza dair arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son tarixli transkript/fənlər üzrə akademik göstəricilərin rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
· 2 ədəd 3×4 rəngli fotoşəkil.
· Motivasiya məktubu (250-500 sözlük, qazax, rus və ya ingilis dilində);
· Məhkumluq barədə arayış (rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş);
· Tövsiyə məktubu (rus və ya ingilis dilində);
· Dil sertifikatı (tədris dili ingilis dilində olan ixtisaslar üçün min İELTS 6.0, tədris dili rus dilində olan ixtisaslar üçün rus bölməsi üzrə təhsili aldığını təsdiq edən sənəd)
Bursa müraciət periodu:
Aprel ayıdır.
Qazaxıstan haqqında oxumaq istərdiniz mi?
Qazaxıstana getmədən əvvəl bütün lazımi məlumatları əldə etmən üçün səni link ilə təmin edirik !
Burslu təhsil haqqında əlavə məlumat almaq istərdiniz mi?
Burs.az abunələri mütəmadi olaraq yeni məlumatlardan xəbərdar olurlar. Çünki, həyat paylaşanda gözəldir.