Ruminyada
Burslu
TƏhsil

Bursun Adı: HTP Bursu

Burs haqqında qısa məlumat:

HTP, Hökumətlərarsı Təhsil Programıdır. Bu burs proqramlarında Azərbaycan Dövləti, tələbələrin qəbul və dəyərləndirmə prosesində iştirak edir. Təhsil Nazirliyi bu burslarda nəzarətçi qürum olaraq fəaliyyət göstərir. Çünki, HTP nin fəaliyyəti, dövlətlərarası ikili müqavilələr çərçivəsindədir.

Bursun əhatəsi:

Tam Burs olma səbəbi ilə yataqxana, sığorta, nəqliyyat və məvacib əhatə edir.

Bursa müraciət üçün lazım olan sənədlər:

• 2 ədəd doldurulmuş ərizə
• CV ( ingilis, fransız və rumin dillərində, maksimum 2-3 səhifə)
• doğum haqqında şəhadətnamənin surətinin tərcümə-təsdiqi;
• şəxsiyyət vəsiqəsinin surətinin tərcümə-təsdiqi;
• ümumvətəndaş pasportunun ilk 3 səhifəsinin surəti;
• sağlamlıq haqqında arayış (tərcümə-təsdiqli);
• yaşayış yerindən arayış (tərcümə-təsdiqli);
• attestat və ya orta ixtisas diplomunun (bakalavr dərəcəsinə müraciət edənlər üçün) surətinin tərcümə-təsdiqi;
• bakalavriat təhsili üzrə diplom və diploma əlavənin (magistratura dərəcəsinə müraciət edənlər üçün) surətinin tərcümə-təsdiqi;
• bakalavriat və magistratura təhsili üzrə diplom və diploma əlavənin (doktorantura dərəcəsinə müraciət edənlər üçün) surətinin tərcümə-təsdiqi;
• Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil aldığınıza dair arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son tarixli transkript/fənlər üzrə akademik göstəricilər surətinin tərcümə-təsdiqi);
• 2 ədəd rəngli fotoşəkil.

 

Bursa müraciət periodu:

2020 ci il üçün Aprel ayıdır.

Ruminya haqqında oxumaq istərdiniz mi?

Ruminyaya getmədən əvvəl bütün lazımi məlumatları əldə etmən üçün səni link ilə təmin edirik !

Bursun Adı: Erasmus Mundus Birləşmiş Master Bursları

Burs haqqında qısa məlumat:

Hər cür ixtisası əhatə edən ixtisas kataloquna sahibdir və Avropa birliyinə üzv olan hər bir ölkə müəyyən səviyədə bu burs proqramında hansısa bir layihəyə ev sahibliyi edir. Adından da görüldüyü kimi bir neçə əsasən AB-ə üzv olan ölkədə və bir neçə universitetdə təhsil almaqla davam edən bu burs üçün hər ölkənin dövlət dilini bilməyə ehtiyac yoxdur. Bu səbəblə, rəsmi linkə daxil olduqdan sonra kataloqa daxil olursunuz. Şəxsi seçimlərinizə əsasən yönləndirilirsiniz. Müraciət dərin araşdırma tələb edir. EMJMD burs proqramı külli miqdarda Avropa birliyinə üzv olan və üzv olmayan ölkələri əhatə edir. Vahid müraciət sistemi yoxdur. İstənilən universitetə istənilən anda müraciət etmək mümkün deyil. Müraciət etmədən əvvəl kataloqu yoxlamanız tövsiyə olunur.

Bursun əhatəsi:

Erasmus + maliyyə dəstəyi almaq üçün əvvəlcə təşkilat konsorsiumu tərəfindən kursa qəbul olunmalı və sonra EMJMD bursuna seçilməlisiniz. EMJMD bursu sizin iştirak xərclərinizi (təhsil haqqı, kitabxana və laboratoriya xərcləri, tam sığorta təminatı və Master-da iştirakınızla əlaqədar hər hansı digər məcburi xərcləri də əhatə edir); səyahət və quraşdırma xərclərinizə bir töhfədir və təhsil proqramının bütün müddəti üçün aylıq yaşayış müavinətini əhatə edir. Bursun ümumi miqdarı kursunuzun müddətinə və milliyyətə görə dəyişir (AB üzvü olmayan tələbələr daha böyük burs alır). Bursların ən az 75% -i Tərəfdaş ölkələrin namizədlərinə verilir.

Bursa müraciət üçün lazım olan sənədlər:

Şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd

CV

Motivasiya məktubu

Dil biliyini təsdiq edən sənəd

Referans Məktubları

Diplom və Transkript

 

Bursa müraciət periodu:

Son müraciə tarixləri 30 dekabr, 15 yanvar, 30 yanvar olaraq dəyişkəndir

Bu hissəni ingilis dilində oxumaq istərdiniz mi ?

Burslu təhsil haqqında əlavə məlumat almaq istərdiniz mi?

Burs.az abunələri mütəmadi olaraq yeni məlumatlardan xəbərdar olurlar. Çünki, həyat paylaşanda gözəldir.

Bursun Adı: Mədəni Landşaftın dinamikası, İrs, Yaddaş və konfliktlər

Burs haqqında qısa məlumat:

DYCLAM+ (Mədəni Landşaftlar irsinin Dinamikası Yaddaş və münaqişələr) 2 il ərzində (120 AKTS) irsin və mədəni landşaftların mühafizəsi, davamlı istismarı, qiymətləndirilməsi və ədədi vasitəçiliyi üzrə ekspertlər və menecerlər hazırlamaq məqsədi daşıyır. Onlar irs məsələlərinin mürəkkəbliyini (maraqların toqquşması, mədəni obyektlərin həddindən artıq istismarı, ideoloji və geosiyasi manipulyasiya, müharibə…) başa düşə biləcəklər. Bu kurikulum Avropa İttifaqı, YUNESKO, beynəlxalq agentliklər və yerli icmalar tərəfindən müəyyən edilmiş ehtiyaclara cavab verir. Elmi və texniki məzmunu, innovativ metodologiyası, yüksək səviyyəli mühazirəçilər komandası və multidissiplinar ruhu ilə Dyclam yüksək məşğulluq potensialına malik uyğunlaşa bilən və operativ praktiklər yetişdirməyi hədəfləyir.

Tərəfdaşlar:

Babes Bolyai Universiteti

Neapol Univesiteti ‘II Federico’

Tomar Politexnik İnstitutu

Bursa müraciət periodu:

25 Mart

Sual ?

Vasitələrdən daha yaxın

Sosial Medya

You cannot copy content of this page