Rusiyada
Burslu
TƏhsil
Bursun Adı: Rusiyada Təhsil Bursu
Burs haqqında qısa məlumat:
Rusiya dövlətinin bütün beynəlxalq tələbərə təqdim etdiyi bursdur.
Bursun əhatəsi:
Seçilmiş proqramın bütün müddəti üçün pulsuz təhsil; texniki müavinət (namizədin uğurundan asılı olmayaraq bütün təhsil müddəti üçün). 2020-ci ildə orta burs ayda 1484 rubl (təxminən 22 ABŞ dolları) təşkil edir; yataqxanada yaşayış yeri (əgər varsa).
Dövlət bursuna aşağıdakılar daxil deyil:
səyahət xərcləri; yaşayış xərcləri; könüllü tibbi sığorta siyasəti.
Bursa müraciət üçün lazım olan sənədlər:
Təhsilinizi (diplom, transkript), öyrənilən fənləri və əldə olunmuş qiymətləri (rus dilinə tərcümə ilə) əks etdirən sənədin surəti
Şəxsiyyət sənədinin surəti
Tamamlanmış forma (Forma bir universitet və ya Rossotrudniçestvo idarəsi tərəfindən verilir)
Fotoşəkillər (tələb olunduqda)
Bursa müraciət periodu:
Fevral
Bursun Adı: Erasmus Mundus Birləşmiş Master Bursları
Burs haqqında qısa məlumat:
Hər cür ixtisası əhatə edən ixtisas kataloquna sahibdir və Avropa birliyinə üzv olan hər bir ölkə müəyyən səviyədə bu burs proqramında hansısa bir layihəyə ev sahibliyi edir. Adından da görüldüyü kimi bir neçə əsasən AB-ə üzv olan ölkədə və bir neçə universitetdə təhsil almaqla davam edən bu burs üçün hər ölkənin dövlət dilini bilməyə ehtiyac yoxdur. Bu səbəblə, rəsmi linkə daxil olduqdan sonra kataloqa daxil olursunuz. Şəxsi seçimlərinizə əsasən yönləndirilirsiniz. Müraciət dərin araşdırma tələb edir. EMJMD burs proqramı külli miqdarda Avropa birliyinə üzv olan və üzv olmayan ölkələri əhatə edir. Vahid müraciət sistemi yoxdur. İstənilən universitetə istənilən anda müraciət etmək mümkün deyil. Müraciət etmədən əvvəl kataloqu yoxlamanız tövsiyə olunur.
Bursun əhatəsi:
Erasmus + maliyyə dəstəyi almaq üçün əvvəlcə təşkilat konsorsiumu tərəfindən kursa qəbul olunmalı və sonra EMJMD bursuna seçilməlisiniz. EMJMD bursu sizin iştirak xərclərinizi (təhsil haqqı, kitabxana və laboratoriya xərcləri, tam sığorta təminatı və Master-da iştirakınızla əlaqədar hər hansı digər məcburi xərcləri də əhatə edir); səyahət və quraşdırma xərclərinizə bir töhfədir və təhsil proqramının bütün müddəti üçün aylıq yaşayış müavinətini əhatə edir. Bursun ümumi miqdarı kursunuzun müddətinə və milliyyətə görə dəyişir (AB üzvü olmayan tələbələr daha böyük burs alır). Bursların ən az 75% -i Tərəfdaş ölkələrin namizədlərinə verilir.
Bursa müraciət üçün lazım olan sənədlər:
Şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd
CV
Motivasiya məktubu
Dil biliyini təsdiq edən sənəd
Referans Məktubları
Diplom və Transkript
Bursa müraciət periodu:
Son müraciə tarixləri 30 dekabr, 15 yanvar, 30 yanvar olaraq dəyişkəndir
Rusiya haqqında oxumaq istərdiniz mi?
Rusiyaya getmədən əvvəl bütün lazımi məlumatları əldə etmən üçün səni link ilə təmin edirik !
Bursun Adı: 2019 – 2023 Azərbaycan Dövlət Proqramı Doktorantura Bursu
Burs haqqında qısa məlumat:
Azərbaycan ali təhsil müəssisələrinin akademik imkanlarının gücləndirilməsi məqsədilə dünyanın ən reytinqli universitetlərində doktorantların hazırlığını təmin etmək DP Bursunun Prioritetidir. Bursa müraciət üçün universitetdən qəbul əldə edilməli və həmin universitet “Times Higher Education”- a əsasən ilk 500 lükdə olmalıdır.
Bursun əhatəsi:
-təhsil xərcləri;
– viza və təhsil aldığı ölkədə qeydiyyatxərcləri;
– aylıq yaşayış xərcləri;
– tibbi sığorta xərcləri;
– beynəlxalq nəqliyyat xərcləri.
Bursa müraciət üçün lazım olan sənədlər:
CV ( ingilis, maksimum 2-3 səhifə)
ümumvətəndaş pasportunun ilk 3 səhifəsinin surəti;
sağlamlıq haqqında arayış (tərcümə-təsdiqli);
bakalavriat və magistratura təhsili üzrə diplom və diploma əlavənin (doktorantura dərəcəsinə müraciət edənlər üçün) surətinin tərcümə-təsdiqi;
Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil aldığınıza dair arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son tarixli transkript/fənlər üzrə akademik göstəricilər surətinin tərcümə-təsdiqi);
Referans
2 ədəd rəngli fotoşəkil.
Motivasiya məktubu (inşa)
Xarici universitetdən qəbulunuzu təsdiq edən sənəd.
Bursa müraciət periodu:
İyul – Avqust
Bursun Adı: Azərbaycan Gənclər Fondu Bursu
Burs haqqında qısa məlumat:
Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi – Magistr təhsil pilləsi üçün burs proqramı tətbiq edir.
Bursun əhatəsi:
Təhsil haqqı;
Viza rüsumu;
Qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması xərcləri;
Yaşayış (yataqxana və ya mənzil, gündəlik qida, nəqliyyat və digər) xərcləri;
Tibbi sığorta xərcləri;
Ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş (aviabilet) xərcləri.
Bursun mərhələləri:
Elektron ərizənin dolduruması
Müsahibə
Namizədin elektron müraciəti qəbul edildikdən sonra, o müvafiq komissiya üzvlərinin iştirakı ilə keçiriləcək müsahibəyə dəvət olunur.
Sənədlərin Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının Sədrinə göndərilməsi
Təqaüdçülərin elan edilməsi
Təhsil xərcinin maliyyələşdirilməsi
Təhsil səfərinin monitorinqi (mütəmadi)
Bursa müraciət periodu:
May – İyun
Burslu təhsil haqqında əlavə məlumat almaq istərdiniz mi?
Burs.az abunələri mütəmadi olaraq yeni məlumatlardan xəbərdar olurlar. Çünki, həyat paylaşanda gözəldir.