haqqımızda

Sizi Azərbaycanın ilk təqaüdlə/bursla təhsil proqramı olaraq salamlayırıq. “Burs.az və Scholarship.az” olaraq məqsədimiz fərqli dövlətlərdə burslu, yəni təqaüdlü təhsili və ya təqaüd proqramlarını əhatə edərək xaricdə təqaüdlə/bursla təhsil almaq istəyənlərə uyğun, müasir və müvafiq məlumat, dünyagörüş və üfüq bəxş etməkdir. Biz bir xaricdə təhsil şirkətinin əksinə, insanları marifləndirən, müvafiq məlumatlarla təmin edib özləri şəxsən müraciət etmələrini təmin edən bir şirkətik. 7 avqust 2020-dən etibarən bu faydalı məlumatlar ilk dəfə olaraq sistematik şəkildə Azərbaycan dilində Burs.az-da və İngilis dilində isə Scholarship.az-da tərtiblənərək dərc edilmişdir. Hər keçən gün saytımızı inkişaf etdirərək yeniliklər təqdim edir və bunu sizlərlə anında bölüşürük. Saytın qurucusu,Türkiyədə və Polşada müvəfəqqiyətlə burslu təhsil almış Mehdi Cavadzadə, həmçinin öz şəxsi təcrübələrini Mr.Meca adı altında fəaliyyət göstərən Youtube kanalımızda müxtəlif məzmunlu videolarla sizlərə təqdim etmişdir. Videoların məzmunu imtahanlardan müxtəlif dövlətlərin təqaüdlərinə, hətta əhəmiyyətli CV-lərin hazırlanmasına qədər geniş mövzuları əhatə edir. Fərqli dövlətlərdə burslu təhsili və ya təqaüd proqramlarını əhatə edən Burs.az və Scholarship.az sosial şəbəkələrdə Burs və Scholarship kimi fəaliyyət göstərir. Saytımızın strukturuna baxdıqda “Ölkələr”, “Burslu təhsil”, “Sənədlər”, “İmtahanlar”, “Xidmətlər” bölmələrini görə bilərsiniz. “Ölkələr” bölməsində marağında olduğunuz hər hansı bir ölkə haqqında ilkin məlumatları və hətta ölkə ərazisindəki səfirliyinin ünvanı haqqında məlumatları ala bilərsiniz. Bundan da əminik ki, sizə bir çox işlərinizdə yardımcı olacaqdır. Həmçinin, sizlər üçün vətənimiz haqqında da eyni məlumatları təqdim etmişik. Sənədlərsiz hər hansı müraciət düşünmək olmaz. Bir çox gəncin problem yaşadığı məqamlardan biridə sənədlər və onların haqqında yetərli məlumatının olmamasıdır. Məhz saytımızın “Sənədlər” bölməsində qəbul proseslərində lazım olacaq bütün sənəd növlərinin ətraflı izahı,tərkib hissəsi və nə zaman istifadə olunacağı əks olunmuşdur. Bir digər bölməmiz isə “İmtahanlar”-dır. Burada beynəlxalq əhəmiyyətli imtahanlar, onların əsas prioriteti, müddəti, təsir gücü, ödənişi, sualları və strukturu kimi vacib məlumatlardan faydalana bilərsiniz. “Burslu təhsil” bölməsi isə tam sizin maraqlarınıza xidmət edir. Həmin bölmədə seçdiyiniz hər hansı ölkədə təqaüdlə təhsil ala biləcəyiniz bir sıra təhsil proqramları təqdim edirik. Bu beynəlxalq təqaüd proqramları sizə istər dövlət xətti ilə, istərsə də digər proqramlar vasitəsilə stipendiya əldə etmək imkanı təqdim edir. Burada sizinlə xaricdə təqaüdlə təhsil üçün bir sıra təqaüd proqramlarını və ya özəl proqramları paylaşmışıq. Saytda yerləşdirilən rəsmi linklərlə keçid edərək məlumat bazanızı daha da genişləndirə bilərsiniz. Paylaşdığımız məlumatlar sadəcə sosial media vasitəsilə yetinmir. Gənclərimiz arasında daha müasir və müvafiq məlumatlarımızı, dünyagörüşümüzü ötürmək üçün hər il çoxsaylı seminarlar keçirərək buna nail olmağa çalışırıq. Məhz mottomuzun “Həyat paylaşanda gözəldir” olması bunu bir daha sübut edir. Əsas məqsədlərimizdən biridə ölkəmizin dünyada tanınmasında rol oynamaqdır. Çünki bizim məqsədimiz hər kəsə fayda verməkdən başqa bir şey deyil.

Dünən
Bugün
Sabah

Həyat paylaşanda gözəldir.

Məqsəd

Həyatımızı gözəl etmək üçün zaman, mədəniyyət və savadımızı paylaşmaqdır.

Üfüq

Xaricdə təhsil alan insanların həyatına çevrilməkdir.

Azərbaycan haqqında səhifə oxumaq istəyirsiniz?

Bu hissəni ingilis dilində oxumaq istərdiniz mi ?

You cannot copy content of this page