Sənədlər

Sənədlərsiz müraciət etmək, sizcə, mümkündür?

Sənəd

 

Bir şeyi, faktı təsdiq, bir şeyə olan hüququ sübut edən rəsmi kağız. Azlex

Sənədlər universitetə müraciət zamanı fundamental rol oynayırlar. Ancaq sənədlər üzərində imza və ya möhür olmadığı müddətcə aktiv deyillər və ya keçərli deyillər. Sənədlərin keçərlilik müddəti onu təmin edən qürumdan qüruma dəyişir. Bəzi sənədlərin keçərlilik müddəti limitsizdir. Universitetə daxil olarkən verilən Qəbul İmtahanı kimi. Sağlamlıq kağızı adətən son 6 ayda təmin edilməlidir. Bu səbəblə, sənədin verilmə səbəbi Xaricdə Təhsil , Xarici Universitet olaraq qeyd edilsə, bu sənəd bir neçə dəfə istifadə edilə bilər. Yüklənən sənədin formatı qeyd edilməyibsə PDF daha məsləhət görüləndir. Həcminə gəldikdə isə bu məlumat müraciət sistemdə təmin edilir. Hər şey yerində olduğu halda sənədlərin yüklənməmə səbəbi bəzən çox iri bəzən çox kiçik həcmli olmasıdır. Ölkəmizdə sənədlərin tərtib edilmə dili Azərbaycan dili olduğuna görə müraciət etməzdən əvvəl ingilizcə tərcümə təsdiq etmək lazımdır. Sənəd skanı telefon proqramları ilə və ya şəkili çəkilib pdf formatına çevrilməklə də edilə bilər.

documents, folder, office-158461.jpg
camera, photo-camera, sony-4123304.jpg

Şəkil

Sistemə yüklənən, görüntü faylı olma səbəbi ilə məqaləmizdə yer alır. 3 x 4 və ya 3.5 x 4.5 formatında olur. Arxa fon rəngi müraciət etdiyiniz proqram tərəfindən əvvəlcədən təyin edilməyibsə (ağ, qırmızı və s.) burada önəmli olan ünsür sizin arxa fondan fərqli geyimdə olmanız, üzünüzün tam aydın görülməsidir. Əgər sayt qəbul edirsə, ev şəraitində çəkilmiş, göstəricilərə uyğun şəkil ilə də müraciət etmək olar. Saytda şəkilin çəkilmə tarixi son 6 ay yaza bilər, çox fərqlilik yoxdursa, son 1 il qəbul ediləndir.

CV

Curriculum-Vitae olan bu sənəd sizin academic fəaliyyətinizin sistemləşmiş təsviridir. Word üzərində Template funksiyasını tətbiq edərək düzəltmək asandır. Ancaq Europass CV funksiyonallıq cəhətdən daha rahat və daha məqsədəuyğundur. CV də fundamental informasiyalar, təhsil pillələri, dil biliyiniz, sertifikatlarınız və digər bildirmək istədiyiniz uğurlar cəm olur. CV ni güclü edən ünsür, CV nin vizuallığı deyil yaşadığınız müsbət təcrübələrdir. (yüksək universitet ortalamanız, təcrübə proqramlarında iştirakınız, könüllülük fəaliyyətiniz və s.)

cv, resume, job-5973796.jpg
passport, visa, border-3127925.jpg

Passport və ya İD

Şəxsiyyəti təsdiq etmə funksiyası oynayırlar. Ən önəmli məsələ keçərlilikdir. Passportum yoxdur sadəcə İD ilə müraciət edə bilərəmi?

Bu proqramdan proqrama dəyişir. Məsələn, sayta yükləmə yerində sadəcə İD yazıbsa ikisi də olar. Əgər Passport və ya İD bildirilibsə hər biri müvafiq olaraq yüklənməlidir. Passport yüklənərkən önəmli olan məsələ sadəcə şəkil olan səhifənin skanıdır. Müraciət zamanı pasportunuzu dəyişmək, yeniləmək tövsiyə olunmur. Əgər belə olsa həmin qürumu bundan xəbərdar etməyiniz mütləqdir. Yoxsa, növbəti prosedurlarda çətinlik çəkəcəksiniz.

Yaşayış Yerindən Arayış

Bəzi təqaüdlərdə akademik uğurdan əlavə önəm daşıyan sənəddir. Bu, sənəd qeydiyyatda olduğunuz MKİS-dən və ya ASAN xidmətdən əldə edilir. Hətta, bəzi hallarda yaşadığınız evin sahəsi belə önəm daşıdığı üçün yaşadığınız mənzilin göstəricilərini təmin edən Çıxarış, sizin üçün vacibdir. Faktual yaşadığınız adres ilə qeydiyyatda olduğunuz yer fərqlidir. Sənədlərdə ikincisi keçərlidir. İngilis dilində ilk adres correspondence adress ikincisi ise resident adress və ya permanent adress olaraq qeyd edilir.

letter, envelope, wax-2742643.jpg
money, home, coin-2724235.jpg

Maddi Təminat – Az Təminatlılıq ilə bağlı arayış

Əmək və Əhalinin Sosyal Müdafiəsi Nazirliyindən əldə edilən sənəddir. Bu, sənəd valideynləri az-təminatlı olduğunu və bu səbəbdən həmin qürumun təqaüdünə ehtiyac olduğunuzu göstərir. Ancaq bu sənəd proritet və ya sertifikasiya xarakter daşımır. Ancaq ehtiyac əsaslı (need-based) təqaüdlərdə istifadə edilməsi məqbuldur.

Qeydiyyat Formu

Bu sənəd sizin müraciətinizin xülasəsisidir. Sayt tərəfindən avtomatik təmin edilir. Print edildikdən sonra, bəzən ad, soyad, imza və tarixin əl yazısı ilə əlavə edilməsi də tələb ediləndir. Əlavə olaraq da qeyd etmək lazımdır ki, qeydiyyat zamanı bəzi faylları da print edib imzalayıb sistemə geri yükləmək gərəkir. Bu tip sənədlər deklarasiya mahiyyəti daşısa da universitetə qeydiyyat zamanı belə lazım ola bilir.

circle, ring, round-2470306.jpg
analysis, biochemistry, biologist-2030261.jpg

Sağlamlıq haqqında arayış

Səhhətinizin xaricdə təhsil üçün uyğun olduğunu göstərən sənəddir. Bir neçə üsul ilə əldə edilir. Birinci üsul, saytda hazır form olur. Onu endirirsiniz. Xəstəxanada bu sahə üzrə məsul həkimə imza və möhürü ilə sənəd tamamlanır. İkinci üsul, qeydiyyatda olduğunuz xəstəxanada və ya yaşayış yerinizə yaxın xəstəxanada AZ086 Formatında Sağlamlıq Kağızı əldə edirsiniz. Tərcümə təsdiq prosesindən sonra sistemə yükləyirsiniz. Üçüncü format, bir neçə laboratoriyadan keçərək, keçici xəstəliklərin (Hepatit, QİÇS və s.) olmadığına dair laboratoriya nəticələrinizi bir sənəd edib yükləyirsiniz. Ən məsləhətlisi ikinci versiyadır. Sənədin üzərində “Cəmiyyətə zərərli, keçici və bulaşıcı xəstəlikləri (Hepatit, QİÇS və s.) yoxdur” yazısı yazması kifayətdir. Laboratoriya nəticələrini də sənədə əlavə etməniz tövsiyə olunur. Son dövrdə yayılmış Pandemiya səbəbilə COVİD-19 testi və müvafiq test nəticələri də ayrıca  tələb edilə bilər. Sağlamlıq kağızının tibbi və laboratoriya hissəsini müvafiq xəstəxana və ya qürumlardan soruşmanız daha məqbuldur.

DİM balı

Universitetə daxil olarkən 0-700 bal arası şkala ilə ölçülən bu imtahan bəzi hallarda tələb edilə bilər. Tələb edildiyi halda, əldə edilməsi və tərcüməsinin təsdiqi yüklənməlidir. Bakalvr təqaüd proqramları üçün önəmli olsa da, bəzi hallarda maqistr dərəcəsində də təyin edici rol oynayır.

omr, sheet, fill-3723125.jpg
certificate, graduation, wood-2760733.jpg

Diplom

Ali təhsilin bitdiyini təsdiq edən sənəddir. Əldə edildikdən sonra apostil edilməsi şərtdir. Universitetə müraciət zamanı ingiliscə tərcüməli və təsdiqli olması vacibdir. Sənədin üzərində ingilizcə yazılar varsa tərcümə və təsdiqə ehtiyac yoxdur.

Transkript

Təhsil aldığınız qürumda əldə etdiyiniz qiymətlərin cədvəl ilə təsvir edilmiş halıdır. Universitet tərəfindən verilir. Semestr qiymətləri yenilənənə qədər eyni transkriptdən istifadə olunur. Yeni qiymətlər əlavə edildikdə müarciət etdiyiniz qürum bunu bilməlidir. Sənəd universitetdən ingilizcə alınıbsa tərcümə və təsdiqə ehtiyac yoxdur. Məzun deyilsinizsə, transkript apostil edilmir. Məzun olduqdan sonrakı transkript sənədinə diplom əlavəsi deyilir.

result, exam, a-6015355.jpg
academic, architecture, building-22143.jpg

Orta Məktəb Transkripti

Transkript sadəcə universitetdən alınmır. Əgər bakalavra müraciət edəcəksinizsə orta məktəbdən əldə edilən qiymətlər cədvəlidir. Attestat əldə olmadığı üçün istifadəsi məqbuldur. Bakalavr təqaüdlərində rol oynayır.

Universitetdə təhsil almağa dair arayış

Universitet tələbəsi olduğunuzu universitet tərəfindən təsdiq edən sənəddir. Hər universitetdə bu sənədi təmini fərqlidir. Bu səbəblə, təhsil aldığınız qürumla əlaqəyə keçməniz önəmlidir. Bir dəfə almaq kifayətdir.

classroom, lecture hall, college-1699745.jpg
graduation, grads, cap-907565.jpg

Attestat

Ümumiorta təhsilin bitdiyini təsdiq edən sənəddir. Təhsil Nazirliyi tərəfindən verilir. İngilizcə tərcümə təsdiq edilməsi bəzən mütləqdir. Maqistr dərəcəsinə müraciət zamanı qəbulda təsiri az olsa da, sayta yüklənmədiyi halda bəzən prolemlərə səbəb ola bilər. Attestat sənədi tələb edilmirsə, sənədə yükləməməyiniz daha məsləhətlidir. Əgər Attestat tələb edilirsə bu zaman Attestat imtahanınızı da DİM dən əldə edib, ingilizcə tərcümə və təsdiq etməli olacaqsınız.

Motivasiya Məktubu

Ən əsas sənədlərdən biridir. Müraciət inşası adlanan bu sənəd sizin keçmişinizi, indiki halınızı və gələcək planlarınızı ehtiva edir. Güclü tərəflərinizi göstərməli, yaşadığınız təcrübələri və əldə etdiyiniz uğurları ifadə etməlisiniz. Niyə bu ixtisas? Niyə bu ölkə? Məzuniyyətdən sonrakı planlarınızı da paylaşmanız sizin adınıza faydalıdır. Motivasiya məktubunun səbəbi niyə siz ? sualına əsaslanır. Motivasiya məktubunu güclü edən ünsür onun sadəcə leksikologiyası deyil, sizin nailiyyətlərinizdir. New Times Roman font 12. 1,5 sətir aralığından istifadə edilir. Minimum 250 söz olmalıdır. Bu bəzən yazı hesabı ilə 1000 simvol edir. Maksimum limit adətən olmasa da, olduğu təqdirdə, 4000 simvol olur. İELTS imtahanın Yazı bölməsinin ikinci hissəsi üslubunda yazmaq kifayət edir. Motivasiya məktubunu güclü edən faktorlar.

Universitet qiymətləriniz

Üst səviyəli xarici dil biliyiniz

Könüllülük sertifikatlarınız

Digər təlim inkişaf proqramlarına qatılımınızdır.

Bir motivasiya məktubunu bütün proqramlara istifadə etmək doğru deyil. Məntiq xətalarına səbəb olur.

impossible, possible, attitude-4505790.jpg
mentor, startup, mentorship-2062999.jpg

Referans Məktubu

Təhsil aldığınız və ya işlədiyiniz mühitdən əldə edilən sənəddir. İmzalayan şəxs sizin keyfiyyətli namizəd olduğunuza və bursa layiq olduğunuza inanır. Təhsil aldığınız yerdən alınan referans akademik referans, iş yerindən alınan referans isə profesyonal referans sayılır. Önəmli olan faktorlar motivasiya məktubundan daha fərqlidir. Tövsiyə məktubunu yazan şəxsin

ictimaiyətdə nüfuzlu olması,

sizə dərs demiş olması,

təhsil aldığınız qürumda vəzifəli olması bu mənada müsbət faktorlardır.

Referans Məktubunda qeyd edilən mailin aktiv olması məcburidir. Bəzən, klassik skan edilmiş referans sənədindənsə, online sorğu metodundan istifadə edilir.

Təhsil aldığınız yerdən alınan referans məktubu akademik referans məktubu adlanır. Minimum 2 akademik referans məktubu ilə müraciət etmək məsləhət görülür. İş, staj və ya könüllülük təcrübəsi nəticəsində əldə edilən referans məktubları ixtisas referansları adlanır. Maksimum limit olmasa da real və nəzərə çarpacaq miqyasda təcrübə yaşamadığınız təqdirdə, 3-dən artıq referans məktubuna ehtiyac yoxdur.

Burslu təhsil haqqında əlavə məlumat almaq istərdiniz mi?

Burs.az abunələri mütəmadi olaraq yeni məlumatlardan xəbərdar olurlar. Çünki, həyat paylaşanda gözəldir.

Bu hissəni ingilis dilində oxumaq istərdiniz mi ?

You cannot copy content of this page